525.Az

Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” yaradıldı


 

Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” yaradıldı<b style="color:red"></b>

Koronavirusla əlaqədar Azərbaycanın Belçikadakı səfirliyində “qaynar xətt” fəaliyyətə başlayıb.

Bu barədə “Report”a Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

“Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan “qaynar xətt” yaradılıb, - deyə məlumatda qeyd edilir.

 





15.03.2020    çap et  çap et