525.Az

Mərdliyin profilləri-Con F.Kennedi (davamı)


 

Mərdliyin profilləri-Con F.Kennedi <b style="color:red">(davamı)</b>

İngiliscədən Telman Orucov tərcümə edib  

 

Bu o kompromissdir ki, bütün irəli sürülən islahatların hər birinin – “yaşlarında, “qurularında (ABŞ-da 1920-ci ildən 1933- ilə qədər spirtli içkilərin istehsalı, idxalı ticarətinin qadağan olunması əleyhinə olanların (“yaşların”) lehinə olanların (“quruların”) hərəkatıtərcüməçi), bir sözü olanların da, izolyasionistlərin , vivisekstsionistlərin siyasi spektrin qatı müxalif sonluğuna əsaslanan qrupu tərəfindən məhv edilməsinin qarşısını alır. Fanatiklər ekstremistlər hətta vicdanlı qaydada özünü çətin tez qazanılan prinsiplərə həsr edənlər daim öz hökumətlərinin uğursuzluğundan məyus olurlar. Onların hökuməti özünün bütün prinsiplərini həyata keçirməyə öz opponentlərinin prinsiplərini məhkum etməyə atılır. Lakin qanunverici öz müxalif qüvvələri ilə ştatın partiyanın daxilində barışmaq yolunu tutmağa görə müəyyən məsuliyyət daşımağa borcludur milli səviyyədə mənafelərin daha iri toqquşmasında onları təmsil etmək hüququna malikdir; yalnız o, bilir ki, elə az adam vardır ki, mümkün olan istənilən nəticədə bütünlüklə doğru olanlar, bütünlüklə düzgün olanlar bütün mələklər onun tərəfindədir.

 

Mənim kolleqalarımdan bəziləri bu gün açıq prinsiplərin yoxluğunu tənqid edirlər ya elələri vardır ki, kompromissə gedən siyasətçilərənifrət ifadə edən gözlərlə baxırlaronlar sadəcə olaraq ictimai rəyin qüvvələri fraksiyaları ilə barışıq, tarazlaşdırma təfsir etmə sənəti ilə məşğul olurlar, bu sənət mahiyyətcə millətimizi birləşmiş şəkildə qoruyub saxlayır hökumətimizi fəaliyyət göstərməyə qadir edir. Vaxtaşırı prinsip üçün vicdanları bu adamları daha sərt standart götürməyə istiqamətləndirirlakin onların intellekti özlərinə deyir ki, yaxşı ya pis qanun layihəsi, ümumiyyətlə qanun layihəsinin olmamasından daha yaxşıdır yalnız kompromissə getməklə getməməklə istənilən (qanun layihəsitərcüməçi) Senatda, Nümayəndələr Palatasında, Prezident millət tərəfindən uğurla bəyənilir.

 

Lakin məsələ bizim necə kiminlə kompromissə getməyimizdədir. Çünki lazım olmayan güzəştləri almaq asandır, bu, konfliktlərin legitim həlli demək deyildir, ancaqbirlikdə getməkmetodları kimidir.

 

Mənimbirlikdə getməniöz üzərimə götürməyimə yönələn xəbərdarlıqda uzağa gedən əlamətlər vardırseçilməyə kömək etdiyim partiya liderliyinin arxasınca getmək barədə öhdəliyimi icra etməyə görə verilən mükafatlara aidiyyətim bura daxildir. Konqressdə bizim hamımız partiya birliyinin vacibliyini tam anlayırıq (onun adına görə, baxın hansı günahlara yol verilmişdir!) istənilən üsyankar davranış sonrakı seçkilərdə bizim partiyanın şanslarına əks effekt göstərə bilər. Buna baxmayaraq, Vətəndaş Xidmətinin bu günlərində himayəçiliyin kökələri balıqları qanunverici üçün yararlı olmaqla, – sadə məsləkdən daha çox başqa şeylər tərəfindən ilhamlanan cəhdlər, onların ciddi kampaniya iştirakçılarına şərik olmağa görəmüqayisəli qaydada azdır; kim partiya cərgəsini pozursa, qəflətən agah olacaqdır ki, burada, ümumiyyətlə, heç yoxdur. Hətta qanunvericilikdəki uğur da, hansındakı o, partiyanın proqramlarını dəstəkləməyə köməklik göstərmişdi, ona öz partiya liderlərinin köməyini əldə etməyə şərait yaradacaqdır. Nəticədə öz vicdanının müstəqil xətti ilə hərəkət edən Senatorun özünə agah olacaqdır ki, o, təkcə Senatdakı öz kolleqalarının partiyasında onunla birləşənləri deyil, həmçinin onun kampaniya fonduna bütün mühüm pul məbləği verənlərin nifrətini qazanmışdır.

 

Bu sonrakı kampaniya barədə düşüncələrdirsenatorun vicdanına o ikinci təzyiqi təmin edir. Avtomatik qaydada belə qəbul olunur ki, bu, bütünlüklə eqoist motivə malikdirbaxmayaraq ki, heç qeyri-təbii deyildir ki, kim siyasəti özünə sənət kimi seçmişdirsə, mütləq öz karyerasını davam etdirmək yollarını axtaracaqdırsadə prinsipi əbəs yerə müdafiə etdiyinə görə Senatorlar məğlub olmağa gedirlərsə, gələcəkdə  hansısa başqa bir prinsip üçün mübarizə aparmaqdan ötəri əlində heç olmayacaqdır.

 

Məğlubiyyət yalnız Senatorun özü üçün maneə olmayacaqdırbu, həmçinin ona dəstək verən partiyaya da, dostlarına da, müdafiəçilərinə müəyyən təsir göstərəcəkdir, onlar bu adama görəçətin vəziyyətdə qalmışdılar ya öz əmanətlərini onun karyerasına xərcləmişdilər bu, hətta öz arvadının uşaqlarının xoşbəxtliyinə təhlükəsizliyinə təsirini göstərəcəkdirbəzən isə ən azı qulluqdakı uğurundan müəyyən dərəcədə asılı olur, – bütün bunlar ona olduqca ağır gələcəkdir.

 

Daha haradasa, qeyri-totalitar ölkədə siyasi sənət, öz karyerası da daxil olmaqla, bütün hər şeyi qurban verməyin fərdi qaydada gözlənməsidir, – bu millətə yaxşı olmaq üçündürmü? Özəl həyatda, sənayedə olduğu kimi biz özümüzün maariflənmiş şəxsi marağımızınqanunun qoyduğu məhdudiyyət daxilindəbütün proqresslərdən üstün olmasına nail olmaq qaydasında irəli getməsini gözləyirik. Lakin ictimai həyatda biz gözləyirik ki, fərdlər öz özəl mənafelərini millətə yaxşı olan proqressə imkan yaranması üçün qurban verəcəklər.

 

Bütün digər məşğuliyyətlərdən fərqli olaraq siyasət gözləyir ki, adam şərəflərini, nüfuzunu seçdiyi karyeranı sadə bir nəticə üçün qurban verəcəkdir. Vəkillər, adamları, müəllimlər, həkimlər, hamı özlərinin vicdanlığa cəlb olunmaq barədəki çətin şəxsi qərarlarla üzləşirlərlakin bəziləri, az sayda adam bununla projektor işığı altında üzləşirlər; necə ki, bu, ictimai vəzifədə baş verir. O, öz qərarı üçün çox vaxt gözləyə bilərinana bilər ki, necə deyərlər hər iki tərəf üçün nəsə vardıro, hiss edə bilər ki, azacıq düzəliş bütün çətinlikləri aradan qaldıra bilərlakin vaxt ki, siyahı elan edilmişdir, o, gizlənə bilməz, ikimənalı ola bilməz, ləngiyə bilməz o, hiss edir ki, öz seçicisi Ponun (Edqar Allan Po XIX əsrin görkəmli amerikan yazıçısıdırtərcüməçi) “Qarğapoemasında olan kimi Senatın palatasına qonmuşdur, siyasi gələcəyini karta qoyan səsini verən kimi, “daha heç vaxtdeyə qarıldayır.

 

Az sayda Senator seçiminə görəPoukətellouya istirahətə” (Poukətellou Aydaho ştatında Fort Holl Hindu rezervasiyası olan Bennok qraflığının iri şəhəridir, Aydaho şəlaləsinin arxasındadır. Şəhər Şoşoni tayfa başçısı Poukətelloudan sonra belə adlanmışdır, o, isə Rezervasiyadan düz xəttlə keçən dəmir yolunun çəkilməsinə icazə vermişdi. Köhnə Poukətellou şəhəri oraya olan səfərlərə görə məhşurlaşmışdır) yollanır. Potomak qızdırmasının virusu Vaşinqtonun hər yerində coşurdu, Senat zalında olduğu tək heç yerdə belə çox zəhərli deyildi. Məcburi pensiyaya getmək perspektividünyadakı ən müstəsna klubdabaş verir, maraqlı vermək imkanları Konqress vəzifəsindən heyranedici mundiri təəssürat yaradan perspektivləri, hətta mərd siyasətçilərin çoxunun yuxusunu itirməsinə səbəb olur. Beləliklə, güman ki, bəzi Senatorlar bunu hələ həyata keçirməmişdən asan yolu, az dərəcədə narahat edən cığırı seçməyə meyl edirlər ki, öz vicdanları arasındakı münaqişə ilk dəfə meydana çıxanda onu ya onların düşüncələrinin nəticəsini öz seçicilərinin başlıca rəyi ilə harmoniyalaşdırsınlar rasionallaşdırsınlar.

 

Hələ digər Senatorlar bu adəti inkişaf etdirmirlər, – onlar öz vicdanlarını şərtləndirmirlər, yatırtmırlarancaq onlar səmimi şəkildə həyasızlığa yol vermədən hiss edirlər ki, səmərəli fəaliyyət göstərmək üçün vicdan düşüncələrini kənara qoymalıdırlar. Siyasət sənəti, onlar yazıçı Frenk  Kent ilə razılaşarlar ki, əxlaqsız deyil, sadəcə olaraq əxlaqlı da deyil.

 

Güman ki, siyasi ambitsiya üçün daha mühüm olan yeganə nailiyyət, nəyisə etmədən, onun barəsində danışmağın incə sənəti kimi görünür... Mühüm şey, mövcud işlərin sağ tərəfində olmaq deyildir, öz əqidənə ya faktlara məhəl qoymadan xalq tərəfində olmaqdır. Bu səsvermə ilə alındığından ciddi praktiki işdir, düzgün ya səhv əxlaqın işidir, ona müdaxilə etməyə icazə verilməyəcəkdir”.

 

Kent 1920-ci il kampaniyası ərzində Arizonadan olan keçmiş Senator Aşurtsun öz kolleqası Mark Smitə guya verdiyi məsləhəti misal gətirir:

 

Mark, səninlə əlaqədar böyük narahatlıq ondan ibarətdir ki, sən demaqoq olmaqdan imtina etdin. Sən seçilmək üçün öz prinsiplərindən əl çəkməməlisən. Sən bilməlisən ki, bu elə bir vaxtdır ki, ictimai həyatdakı adam məcbur edilir ki, öz prinsiplərindən yuxarı qalxsın”.

 

Heç bütün Senatorlar bununla razılaşmayacaqlarlakin az sayda adam yenidən seçilmək barədəki arzusu həyata keçiriləndə, müstəqil mərdliyin güclü surətdə pozulduğunu inkar edəcəkdir.

 

Senatorun ya Konqressmenin vicdanlılığında siyasi mərdliyi pozan təzyiqin üçüncü ən mühüm mənbəyi xüsusən problemlərin hamısı dördüncü fəsildə bərabər qaydada hər iki palatanın üzvlərinə tətbiq edilmişdir, – onların seçicilərinin, maraq qruplarının, mütəşəkkil məktub yazarlarının, iqtisadi blokların hətta orta seçicinin göstərdiyi təzyiqdir. Bu təzyiqlərlə bacarmaq, onlara məhəl qoymamaq onları razı salmaq da qorxulu işdir. Bizim hamımız hərdən bir Kaliforniyadan olan konqressmen Con Stiven Makqroartinin nümunəsi ilə getməyi israr edirik. O, 1934- ildə öz seçicilərinə yazmışdı:

 

Konqressdə olmağın saysız-hesabsız mənfi tərəflərindən biri odur ki, mən sənə bənzəyən eşşəkdən həyasız məktublar almağa məcburam. Bu məktublarda deyirsən ki, mən vəd etmişəm ki, Syerra Madre dağlarını yenidən meşələrə bürüyəcəyəm bunu etməmişəm. Buyur, xahiş edirəm sən dalbadal iki dəfə tullan cəhənnəmə yollan”.

 

Xoşbəxtlikdən ya bədbəxtlikdən bu israr edilən qaydada az adam hərəkət edirlakin burada provokasiya vardır, – özü təkcə ağılsız məktublardan mümkün olmayan xahişlərdən deyil, bu provokasiya həmçinin ümid bəslənməklə ziddiyyətli olan tələblərdən nəhayətsiz qaydada qənaətbəxşlik tapmamış incikliklərdən irəli gəlir.

 

Misal üçün, mənim ofisimdə bu gün Yeni İngiltərənin toxucu fabriklərini təmsil edən nümayəndə heyəti var idi. Bu sənaye bizim perspektivimiz üçün mühüm əhəmiyyət kəsb edir. Onlar istəyirlər ki, Avstraliyadan aldıqları idxal edilən yunun tarifi aşağı salınsın, həm istəyirlər ki, İngiltərədən idxal edilən hazır yun malların tarifi yüksəldilsin, ancaq bu yolla onlar rəqabət apara bilərlər. Cənubdan olan kolleqalarımdan biri mənə demişdi ki, buna bənzər bir qrup bu yaxınlarda onun da yanına gəlmişdi eyni xahişləri edirdilakin daha uzağa gedərək təkid edirdi ki, onlar (1) Yaponiyadan olan aşağı maaşlı rəqabətə son qoymaq (2) Konqressin yüksək minimum maaş vasitəsilə bu məsələyə son qoymağının qarşısı alınsın. Çünki aşağı maaşın üstünlüyü ilə onların özləri mənim seçicilərimi qorxuzmaqdan həzz alırlar. Yalnız dünən iki qrup məni Senatın zalından çağırdıbirinci qrup biznesmenlərdən ibarət olmaqla, yerli hökumətin fəallığını artırmaq qayğısını çəkir ki, özəl sahibkarlıq üçün halal olmayan rəqabəti dayandırsın; digər qrup isə o adamları təmsil edirdi ki, onlar hökumətin düzəltdiyi orqanda işləyirlər öz işlərinə görə təşviş hissləri keçirirlər.

 

Senatda bizim hamımız belə münaqişəli təzyiqlərin saysız-hesabsız nümunələri ilə qarşılaşırıq, onlar yalnız bizim mürəkkəb iqtisadiyyatda ziddiyyətli zərurəti əks etdirir. Əgər biz öz seçicilərimizə səmimi qaydada desək ki, heç edə bilmərik, onlar bizi rəğbət bəslənilməyən ya adekvat olmayan adam hesab edəcəklər. Əgər biz cəhd etsək , uğursuzluğa uğrayırıqsaadətən digər maraqları təmsil edən digər Senatorların əks hərəkətləri ilə qarşılaşırıqonlar deyirlər ki, elə biz digər siyasətçilər kimiyik. Bizim hamımızın bunu edə bilməyimiz odur ki, qarderoba çəkilək rəğbət bəslədiyimiz kolleqamızın çiyninin tozunu silək ya evə gedib, arvadımızın üstünə qışqıraq.

 

  (Ardı var)
 





02.12.2013    çap et  çap et