525.Az

"Ulduz"un fevral sayında...


 

"Ulduz"un fevral sayında...<b style="color:red"></b>

"Ulduz" jurnalının növbəti - bu il üçün fevral sayı işıq üzü görüb.

Bu say Cavanşir Yusiflinin "Sadəlik və ciddiyyət" adlı ekspert yazısı ilə açılır. Hikmət Məlikzadə "Özüylə söhbəti..."ni və şeirlərini təqdim edir. Bu nömrədə Günel Eyvazlı Məhəmməd Hadiyə həsr etdiyi "Qəmabad sakini" essesini oxucularla bölüşür. "Nəsr"də Vəfa Mürsəlqızı, Tural Cəfərli, Ənvər Çingizoğlu, Aytac Sahəd hekayələrini təqdim edir. "Şeir vaxtı"nda Fərqanə Yusifqızı, Xəyalə Sevilin poeziya nümunələri yer alıb. Bəsti Əlibəyli və Esmira Məhiqızının şeirləri də "Ulduz"un fevral nömrəsində oxuculara təqdim olunub.

"Türk eli"ndə oxucular Semih İpekin şeirləri ilə tanış olacaqlar.

"Araşdırma"da Namiq Hacıheydərli "İtmiş sivilizasiya: Mu qitəsi"ndən danışır. "Yazı masası"nda Taleh Mansurun qonağı "Yüz ilin kişisi" yazısı ilə yüz yaşlı Dünyamalı Kərəmdir.

"Qısa fikirlər xəzinəsi" Umberto Eko, Cəmil Meric və Aleksandr Soljenitsin fikirlərini təqdim edir.

Jurnalda, həmçinin, İbrahim İbrahimli Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabı haqqında düşüncələrini bölüşür.

"Tribuna"da Firuz Mustafa Xalq yazıçısı Elçinin yaradıcılığından yazır. "Dərgidə kitab" rubrikasında "Bir az vaxtım var..." povesti ilə Şəfa Vəlidir.

"Sərgi" rubrikasında Burkac Cansunun rəsmləri var. Jurnalın arxa qapağında italyan bəstəkar və şair Davide Qualtierinin "Xocalı" şeiri verilib. Şeirin sətri tərcüməsi Mais Nuriyevə, poetik tərcüməsi isə Qulu Ağsəsə aiddir.

ŞAHANƏ

 





16.03.2020    çap et  çap et