525.Az

Ukraynalı deputat Putindən Ukraynaya rus ordusunu yeritməyi xahiş edib


 

Ukraynalı deputat Putindən Ukraynaya rus ordusunu yeritməyi xahiş edib<b style="color:red"></b>

Sevastopol Şəhər Sovetinin deputatı Sergey Smolyaninov Ukraynaya Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış edib.

APA-nın “ForPost”a istinadən xəbərinə görə, bu xahişlə o, Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
 
Müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir: “Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın”.
 
Qeyd edək ki, Sergey Smolyaninov Ukraynanın hakim Regionlar Partiyasının deputatıdır.

 





02.12.2013    çap et  çap et