525.Az

Ali təhsil müəssisələri koronavirusa görə məsafədən tədris sisteminə keçə bilər


 

Ali təhsil müəssisələri koronavirusa görə məsafədən tədris sisteminə keçə bilər<b style="color:red"></b>

Dünyada geniş yayılan koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir sıra ali təhsil müəssisələri məsafədən tədris sisteminin tətbiqini nəzərdən keçirir.

Bunu "APA-Economics"ə "Neuron Technologies" şirkətinin direktoru Vüqar Quliyev deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair Azərbaycan Dövlət Dəniz Akademiyası ilə danışıqlar aparılır: "Həmçinin, əməkdaşlıq etdiyimiz Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali təhsil müəssisələri də bu sistemin tətbiqində maraqlarını ifadə edib. Qeyd edim ki, bu universitetlərdə şirkətin məhsulu olan "UniBook" platforması istifadə olunur. Məsafədən tədris sisteminin tətbiqi ilə bağlı bizə müraciətlər olub. Lakin sistemin tətbiqi üçün universitetlərin zəruri maddi-texniki bazası olmalıdır ki, bu da təhsil ocaqlarından asılıdır".

 





17.03.2020    çap et  çap et