525.Az

Teledərslərin yayımı müvəqqəti dayandırılır


 

Teledərslərin yayımı müvəqqəti dayandırılır<b style="color:red"></b>

Martın 19-dan “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramı müvəqqəti dayandırılır.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, teledərslər Novruz bayramı ilə əlaqədar müvəqqəti dayandırılır: “Martın 24-dən etibarən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslər yenidən ekranlara çıxacaq. Bundan əlavə, peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər olacaq”.

 





18.03.2020    çap et  çap et