525.Az

Məktəblərin vahid idarəetmə sistemi tətbiq oluna bilər


 

Məktəblərin vahid idarəetmə sistemi tətbiq oluna bilər<b style="color:red"></b>

Azərbaycanda orta təhsil məktəblərinin vahid məkandan idarə olunma sisteminin tətbiqinə dair araşdırmalar aparılır.

Bunu "APA-Economics"ə "Neuron Technologies" şirkətinin direktoru Vüqar Quliyev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırmalar əsasən, bu sahə üzrə ixtisaslaşan şirkətlərin təklif etdiyi həllərin nəzərdən keçirilməsindən ibarətdir:

"Layihənin əsas məqsədi məktəblərin bir "çətir" altında birləşdirilməsi və idarə olunmasıdır. Məhz buna görə, bazarda mövcud olan platformaların imkanları araşdırılır ki, daha funksional sistemdən istifadə olunsun".

 





18.03.2020    çap et  çap et