525.Az

“Günəş ləkə götürməz”in əks-sədası


 

“Günəş ləkə götürməz”in əks-sədası<b style="color:red"></b>

Azərbaycanqəzetinin 20 noyabr 2013- sayında Milli Məclisin deputatı, yazıçı dramaturq Hüseynbala MirələmovunGünəş ləkə götürməzyazısını ürək ağrısıyla oxudum. Məncə, bu  məqalə Azərbaycan ictimaiyyəti arasında nüfuzlu ziyalılar tərəfindən geniş müzakirə olunmalı son illərdə ölkəmizdə nəşr olunan Güntay Gəncalpın “Səfəvilər”, İsgəndər PalanınŞah Sultan”, Reha Çamuroğlununİsmayılkimi kitabların Möhtəşəm yüz ilkimi teleserialların yayımlanmasına kəskin münasibət bildirilməlidir.

Bu gün böyük Qərb dövlətlərinin Şərqəİslam dünyasına münasibətdə  apardıqları siyasətin xristian amilinə söykəndiyi bir vaxtda İsamda iki nüfuzlu təriqət arasına müsəlman olaraq bizim özümüzün  qarmaqarşıqlıq salmağa haqqımız yoxdur! Əgər nicatımız türk dünyasının birliyindədirsə,  onda millidini  hissiyyata toxunan bu cür əsərlərin nəşri serialların yayımı qətiyyən yolverilməzdi.  İçimizdə  İslam sevgisi ilə  türk sevgisi  vahid müstəvidə olmalı, hər  iki qardaş  ölkənin qələm sahibləri  bu amala xidmət etməlidir.  Unutmaq olmaz ki, İslamın  sünni-şiə təriqətləri əsrlər boyu Azərbaycanın Türkiyənin  mənəvi-əxlaqi  dəyərlərinin əsasını təşkil edib.

 Qanunnəşriyyatının Azərbaycan oxucusuna təqdim etdiyiİsmayılromanında  xalqımızın qürur mənbəyi olan, Azərbaycan türkcəsini  dövlət  dilinə  çevirən, ölkənin siyasi, ictimai, iqtisadi mədəni inkişafı üçün böyük işlər görmüş,  klassik  Azərbaycan  şairi  Şah  İsmayıl  Xətai  kimi  qüdrətli  bir  simaya müəllifin  öz soy adına sadiq qalaraq  qərəzlə  ÇAMUR atması,  doğrudan da,   indiki zamanda  millətimizə,  dini etiqadımıza qarşı  hörmətsizlik sayğısızlıqdır.  Amma  gəlin görək, bu, milli-dini hesiyyatımıza toxunan ilk əsərdimi? Bundan öncə  İsgəndər Pala  məgərŞah Sultanəsərində Şah İsmayıla az çirkab atmışdımı? Yaxud, çox savadsızcasına  başdansovdu qələmə  alınmış  Səfəvilərkitabında  Güntay Gəncalp  oxucuya  Şah İsmayıl Xətaini    qızılbaşları  adam əti yeyən  vəhşi kimi  təqdim etməsi  hansı  amala,  ideoloji  xəttə, mədəni inkişafa, “iki dövlət, bir millətprinsipinə  xidmət edir?  Xətai təxəllüsü ilə  gözəl  incə ruhlu şeirlər yazan, qəsidələrində  Allahı,  peyğəmbəri,  on iki imamı  vəsf edən, heca vəznini Azərbaycan ədəbiyyatına gətirən, “dili şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam  deyən bir  şair necə o cür qəddar   ola bilərdi?

İxtilaflara  yol açan,  mənəvi gərginlik yaradan  bu cür uydurma  əhvalatlar  İslam dünyasına  qənim kəsilən düşmənlərin dəyirmanına su tökmək deyil, bəs nədir? 

Şübhə etmirəm ki, “Möhtəşəm yüz ilserialında səfəvi hökmdarlarının, xüsusilə I Şah Təhmasibin ünvanına çox ağır təhqiredici ifadələrin yer alması  da eyni  nifrətdən, ideoloji qəzəbdən  qaynaqlanır. 1566- ildə  Sultan Süleymanın vəfatı münasibəti ilə  Osmanlı sarayına göndərdiyi məktubda onun Avropada qazandığı zəfərlərdən söz açaraq  öz sevinc hissini gizlətməyən, eyni zamanda   II Səlimin  canişin təyin olunmasını  ölkəsində təntənəli bayram elan edən bir hökmdarın  ünvanına filmdə  bu qədər nalayiq ifadələr Azərbaycan tamaşaçısına  həqarət deyilmi?!

Azərbaycan Tarix Institutunun direktoru, akademik Yaqub Mahmudov böyük türk hökmdarı Sultan Süleymanın həyatından bəhs edən bu serialı tarixi hadisələrin kəskin təhrif olunduğunu vurğulayaraq, əbəs yerə onu türk tarixi üçünzəhərli filmadlandırmır! Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan da bu  Möhtəşəm  yüz ili tənqid edərək, onun tarixi faktları təhrif etdiyini bildirib.

Bir sıra Avropa ölkələrində, Ukrayna Rusiyada bu filmin nümayişi dayandırılıb, İranda isə  Möhtəşəm yüz ilserialını fars dilinə dublyaj edən bir qrup şəxs  həbs olunub.

lll

Biz  tez-tez  bu gün  iki ölkə arasında  əməkdaşlıqdan  fəxrlə danışırıq. Amma görünür, mədəniyyət tariximiz    Azərbaycan-türk tarixçilərinin,  sənət dünyasının əməkdaşlığı hələ   lazımi  səviyyədə  deyil.  Əgər bu əlaqələr  yaxşı olsaydı, dünən ,  bu gün müəllifi Azərbaycan bəstəkarları olan onlarca mahnı Türkiyənin rəsmi kanallarında tamaşaçıya anonim təqdim olunmazdı. Şübhəsiz ki, bu kanalları  dünyada yaşayan 50 milyon azərbaycanlı da seyr edir. “Ay mənim Arzu qızım”, “Dilbərim”, “Reyhan”, “Gülüm naz ilə baxma”,  Daşlı qala  s.  kliplərin subtitirində  söz muzik anonimyazılması  sözsüz ki, hər bir Azərbaycan türkünü təəssüfləndirir. yaSarı gəlineynən Akif İslamzadə tərzində  ifa edib onaerməni möhürü vurmaqməgər türk sənətçilərinin mədəniyyətimizə hörmətsizliyi deyil?  Niyə Mikayıl MüşfiqinSən Müşfiqin yanında qalginən sənə qurbanmisrasından şairin adını çıxardıb təkcə Türkiyənin özəl deyil, dövlət kanallarında da özününküləşdirirlər?.. Əlbəttə,  bu  kimi  problemləri şişirtmədən  müəllif hüquqları   ya  hər iki dövlətin  aidiyyati qurumları yoluna qoya bilərlər...

Lakin kommunist rejiminin tüğyan elədiyi 37-ci illərdə Azərbaycanda yüzlərcə din alimi repressiyaya məruz qalsa da, Moskvada  etiqadımıza  çirkab atan bir kitab nəşr olundu, bu ya digər müsəlman respublikalarında sünnü-şiyə ayrı-seçkiliyinə  rəvac verildi. Əgər elə nəşrlər rusca var idisə,  ziyalılarımız onu ana dilimizə çevirmədilər.  İndi  özümüzə tolerant xalqıq deyə-deyə milli hisslərimizə toxunan belə əsərlərin müəlliflərinə  təşəkkürmü etməliyik?!

Taxttaca  görə öz doğma  atasını zəhərləyib öldürən, sülaləsindən bütün kişilərin öldürülməsinə əmr verən,  qardaşlarını, qardaşı  oğlanlarını  qətlə yetirən Sultan Səlimi  oxucuya romanda Şah İsmayıldan daha üstün düşüncəyə, təfəkkürə, hərbi siyasətə  malik  sərkərdə kimi təqdim etməsi Reha Çamuroğlunun qədər qərəzkar, ixtilaf salmağa meylli,  V əsr bundan öncə olan ədavəti yenidən qızışdıran qələm sahibi olduğunu sərgiləyir. Məgər  R. Çamuroğlu  bilmir ki,  Sultan Səlim  olduqca qəddar, qaniçən qisasçı bir şəxs olduğuna  görə Yavuz (qorxunc) ləqəbi almışdı.  Atası Bəyazidin Səfəvilərlə sülhpərvər davranışı Şah İsmayıla sevgi ilə yanaşması Səlimi hələ taxt-tac sahibi olmazdan öncə qəzəbləndirərdi.  Ona görə Sultan Səlim hakimiyyətə keçən kimi  qızılbaşlara qarşı hərəkətə keçdi. şiəliyin kafirliklə eyni tutulması ilə bağlı şeyxülislamın fətva verməsini tələb etdi.  Sultan Səlimin  əmri ilə  təkcə Qaramanda 40 mindən artıq şiə öldürüldü. Qətliamda yeniçərilər iştirak etmədilər. Çünki onların yetişdirildiyi Bəktaşi təkkəsi şiəliyə yaxın məzhəb hesab olunurdu.

(Yeri gəlmişkən, dünyada ən çox izlənilənQurdlar vadisiteleserialının yaradıcıları  Şaşmaz  qardaşları bəktaşilərdi. Filmin  ilk serialarının daha uğurlu alınmasının səbəbi məhz Həzrəti Əlinin fəlsəfəsi üzərində qurulması filmin baş qəhrəmanı Polad Ələmdarın İmam Hüseynin haqq ədalət uğrunda mücadiləsini özünə örnək seçməsidir).

Məhz ordusunun əsas hissəsi Orta Asiyada olan Şah İsmayılı müharibəyə təhrik edən, Çaldırana gedən yolun başlanğıcını  qoyan da  qardaş qanı tökmək  üçün susamış  Səlim oldu. Bəs  onun  təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan   iki dövlət arasında  məsələni sülh ilə həll etməyə cəhd edən Şah İsmayıl Xətaini  İsmayılromanında alçatmaqla, qızılbaşlara küfr yağdırmaqla müəllif müasir oxucuya deməyə çalışır? Çamuroğlu qeyriləri niyə əsərlərində OsmanlıSəfəvi münasibətlərini gərginləşdirən iki qüdrətli türk imperatorluğu arasında müharibəyə rəvac verən beynəlxalq amilləri  önə çəkib qabartmır?  

Niyə yazmırlar ki, 150  minlik  osmanlı ordusu ilə 50 minlik  qızılbaş ordusunun  1514- ildə Çaldırandakı savaşı  tarixçilərin təbirincə desək, əslində artıq bitən orta əsrlərin sonuncu cəngavərlik nümunəsinin qətlı oldu. Bu qardaş savaşı doğrudan da,  müasirliklə keçmişin sonuncu savaşıydı. bu savaşın əslində  qalibi olmadı. “Orta əsrlər Orta Şərqdə başladığı kimi, Orta Şərqdə bitdi” (A.Qaramanlı).

 Bəli, əgər o zaman  qərb siyasəti iki  qüdrətli türk dövlətini bir-biriylə savaşmağa sövq etməsəydi, bu gün Türkiyə Avropa birliyənə qəbul olunmağa deyil, Avropa dövlətləri Türk  Birliyinə üzv olmağa can atacaqdı... Bu gün Şərqdə  tökülən günahsız insanların qanına eyni beynəlxalq amillər səbəb deyilmi?

Sözsüz ki, heç bir ölkə kimi Azərbaycan da ad-san,  şöhrət naminə cəmiyyətin etiqadına, taleyinə  biganə  insanlardan sığortalanmayıb.  Əgər  bir insan  mənsub olduğu dini sarsıdanyaradıcılıqlaməşğuldursa, onun doğma Vətənə hansı sevgisindən, V əsr adı Azərbaycanla qoşa çəkilən  Şah İsmayıl Xətai kimi dahi şəxsiyyətə hansı  sayğısından  danışmaq olar?!  Çox təəssüf ki  bu gün  bəzi gənc yazarlar    naşirlər  arasında  Reha Çamuroğlu kimi  qərəzli  qələm sahiblərinin əsərlərini  təbliğ etməkdən sanki həzz alırlar. Belələrimən varamdeyə gündəmdə bu cür bəsit, araqızışdıran, şou xarakterli əməllərlə qalmağı üstün tuturlar. Şah İsmayıl da,  Qanuni Sultan Süleyman da, Sultan Səlim ,  Nadir şah Əfşar da  türk dünyasından  boy verən  möhtəşəm simaları olublar. Sonuncunu  hətta avropalı tarixçilər Asiyanın  Makedoniyalı İsgəndəriadlandırıblar...

Bu gün tarixin yaddaşını ələk-vələk edib ortaya çox iddihamnəmələr çıxarmaq olar. Lakin elə gerçəklər var ki, onun üzərindən əzəli-əbədi qardaşlığımız, etiqadımız, İslam dini,  türk birliyi naminə sükutla keçməliyik.

Son olaraq,  xalqımızın qürur qaynağı olan Şah İsmayıl Xətai haqqında qərəzli əsərləri  yazanlara, qızılbaşlar tayfaları adamyeyən adlandıranlara, Türkiyədə nəşr olunan belə kitabları  Azərbaycan türkcəsinə uyğunlaşdıranlara onun böyük həvəslə ölkəmizdə yaymağa  vaxt vəsait ayıranlara  üzümü tutub deyirəm:  mənəvi  birliyimiz,  sağlam gələcəyimiz naminə  İslamda məzhəb təriqət ayrı-seçkiliyi salmayın.  Sizsiz bu  ideyanı  meydana atıb, onu  hər cür vasitələrlə  həyata keçirən,  müsəlmanlar arasında  ixtilaf salıb ədavəti qızışdıran xarici kəşfiyyat orqanları  yetərincədir.

Nurəddin ƏDİLOĞLU,

Azərbaycan Yazıçılar

Birliyinin üzvü

 





02.12.2013    çap et  çap et