525.Az

"Baku Steel Company"də AzTU fakültəsinin filialı açılacaq


 

"Baku Steel Company"də AzTU fakültəsinin filialı açılacaq<b style="color:red"></b>

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Baku Steel Company” MMC şirkətində işgüzar görüş keçirib.

Görüşdə iştirak edən AzTU-nun məzunu və şirkətin vitse-prezidenti Ramin Kərimov universitetlə müəssisənin uzun müddətli işgüzar tarixə əsaslanan əməkdaşlığından söz açıb.

Görüş zamanı Ramin Kərimov vurğulayıb ki, sənaye şirkəti ilə təhsil müəssisəsi arasında birgə kadr hazırlığının 10 illiyi münasibəti ilə yaxın günlərdə "Baku Steel Company"də AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq. Filial "Azərbaycan Texniki Universiteti ilə Baku Steel Company MMC şirkətinin birgə Tədris Mərkəzi" adlanacaq.

Tədris Mərkəzi müsabiqə yolu ilə işə götürmək üçün metallurgiya sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər, mühəndis- texniki işçilər sırasından magistratura və aspirantura xətti ilə və həmçinin, dissertantlardan elmi kadrların hazırlanmasında, universitet tərəfindən istehsalat problemlərinin elmi- texniki həlli sahəsində şirkətə köməklik göstərilməsində, müəssisədə fakültənin profilinə uyğun tədris- metodiki vəsaitlər (ədəbiyyatlar, dərsliklər, metodik göstərişlər və s.) bazasının yaradılmasınında yaxından iştirak edəcəkdir.

MMC gələcəkdə şirkətə işə qəbul olunmaq üçün seçilən metallurgiya fakültəsinin tələbələrinə müsabiqə əsasında adlı təqaüdlərin təyin edilməsini, daha çox fərqlənmiş tələbələri oxumaq üçün başqa ölkələrin ali təhsil müəssilərinə göndərilməsini, tələbələrlə istehsalat mütəxəssislərinin vaxtaşırı görüşlərinin təşkil edilməsini, universitetin elmi- tədqiqat işlərinin həyata keçirilməsi üçün müvafiq şəraitin təmin edilməsini öz öhdəsinə götürür.

Qeyd edək ki, MMC-nin vitse-prezidenti Ramin Kərimov "Baku Steel Company"də karyerasına poladəridən köməkçisi vəzifəsindən başlayıb. Sonralar poladəridən, poladəritmə sexində növbə rəisi, şıxta tədarükü sahəsində baş inspektor, şıxta tədarükü sahəsinin rəisi, poladəritmə sexinin rəisi, istehsalat direktoru vəzifələrində çalışıb. Hazırda "Baku Steel Company" MMC-nin vitse-prezidentidir. O, 2016-cı ildən indiyə kimi tutduğu vəzifə üzrə şirkətin gələcək inkişafı və yekun məhsulun istehsal xərclərinin azaldılması üçün geniş strategiyalar həyata keçirib.  Azərbaycanda ilk dəfə olaraq "Baku Steel Company" MMC-nin 2-ci poladəritmə sexində diametri 130 mm-dən 220 mm-dək olan dairəvi boru pəstahları istehsalı onun rəhbərliyi ilə başlanılıb və bu pəstahlardan keyfiyyətli tikişsiz boruların istehsalı üçün "Azərboru" ASC-də rekonstruksiya işlərinin aparılmasında özü də yaxından iştirak edib. Hazırda zavodda dairəvi və kvadrat pəstahların istehsalı üçün müasir, 4 şırnaqlı yeni Fasiləsiz Pəstah Tökmə Maşını (FPTM) və vakuumator qurğuları quraşdırılır. 

R.Kərimov qeyri-üzvi kimya və metallar mövzusunda 54 adda elmi məqalənin müəllifidir. 2018-ci ildə isə "Fasiləsiz tökmə pəstahları" monoqrafiyası nəşr olunub.

S.QARAYEVA

 





18.03.2020    çap et  çap et