525.Az

Çempionlar Liqası istirahət günlərində keçirilə bilər


 

Çempionlar Liqası istirahət günlərində keçirilə bilər <b style="color:red"></b>

UEFA Çempionlar Liqası oyunlarının həftəsonu istirahət günlərində keçirilməsi variantını müzakirə edir.

Apasport.az saytının məlumatına görə, qurumun irəli sürdüyü bu təklifə əsasən milli çempionatların matçları həftənin 5 iş günü ərzində təşkil olunacaq.

Dünən milli assosiasiyaların nümayəndələri ilə görüş zamanı səslənən bu ideyanı İtaliya A seriyası da dəstəkləyib. Lakin bu ölkənin klubları çempionat matçlarının həftəiçi günləri keçirilməsinin əleyhinədir.

Bunun da əsas səbəbi maliyyə ilə bağlıdır. Məsələ ondadır ki, həftəiçi keçirilən qarşılaşmalarda bilet satışından daha az gəlir əldə edilir.

Qeyd edək ki, hazırda UEFA klub və liqaların nümayəndələrindən təşkil olunan İşçi Qrupu ilə birlikdə koronavirus pandemiyası üzündən dayandırılan mövsümü başa çatdırmaq üçün mümkün olan variantlar üzərində işləyir.

 





18.03.2020    çap et  çap et