525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV

Həzrəti Musaya Sina dağında vəhy edilən on əmr Tövratın iki ayrı-ayrı bölümündə keçmişdir. Həmin on əmr aşağıdakı kimi sıralanır: Səni Misir diyarından, əsirlik evindən çıxaran Allah Mənəm; Məndən başqa tanrın olmayacaq. Boşluqda, yerin üstündə, yaxud altında, dənizlərin dərinliklərində var olan varlıqların rəsmlərini düzəltmə, onlara heç bir şəkildə tapınma; Allahın adını boş yerə ağzına alma; Səbt (şənbə) gününü daim xatırlayıb onu müqəddəs sayacaqsan. Həftənin altı gününü çalışıb yeddinci gününü dincəl. Şənbə günü Allah üçün ayrılmış ümumi dincəlmə günüdür. O gün sən, oğlun, qızın, uşağın, heyvanın, qısaca heç kəs çalışmasın; Ana-atana hörmət et; Öldürmə; Zina etmə; Oğurluq etmə; Yalançı şahid olma; Heç kəsin evinə, arvadına, xidmətçisinə, öküzünə, eşşəyinə, bir sözlə, sənə aid olmayan bir şeyə göz tikməyə.

Bu on əmr yəhudilərin təməl prinsiplərini özündə ehtiva edir. Hz.Musa Sina dağından dönərkən bu əmrləri iki daş lövhə üzərində yazılı şəkildə gətirmişdir.

Qurana görə Hz.Musa. Hz.Musa Uca Allahın İsrail oğullarına göndərdiyi kitab verdiyi böyük peyğəmbərlərdən biridir. İsrail oğulları Misirdə mal-dövlət sahibi olduqda Firon bunun qarşısını almaq üçün onların mallarını əllərindən alaraq yeni doğulan oğlan uşaqlarının öldürülməsini əmr etdi1. Musa doğulduqda anası onu bir müddət saxlayıb sonra Allahın ilhamı ilə sandığa qoyaraq suya buraxdı. Fironun adamları onu tapdılar Fironun arvadının istəyi ilə uşağı öldürmədilər. Musanın anası onun süd anası oldu. O, yetkinlik çağına çatdıqda Allah tərəfindən ona hikmət elm verildi. Bir gün Hz.Musa öz soyundan olan bir nəfərlə digərinin savaşdığını görür. Soydaşı ondan yardım istəyir. Musa onun köməyinə yetişir, zülmə məruz qalanı qorumaq üçün rəqibi bir yumruqla vuraraq öldürür gizlincə Mədinəyə gedir. Orada ailə quraraq bir müddət qayınatası ilə birlikdə yaşadıqdan sonra öz ailəsi ilə yoluna davam edib Sina dağına doğru yönəlir. “(Musa Şüeybi Mədinədə qoyub anasına qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdir. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdirlər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdir: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!” Musa odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə-Tuvadasan!”. Həmin yerdə Musaya Allahdan başqa tanrı olmadığı, Ona ibadət etməsi, dosdoğru namaz qılması bildirildi. Əsası ilə bağlı möcüzə verilərək Fironun yanına getməsi əmr edildi. Qardaşı Harun isə ona yardımçı təyin olundu. Hz.Musa Hz.Harun Allahın əmrini Firona təbliğ edərək İsrail oğullarının sərbəst buraxılmasını tələb etdilər. Firon Hz. Musanın peyğəmbərliyini boş saydı onunla Allahınaləmlərin rəbbiolması mövzusunu mübahisə etdi. Hz.Musa Fironun bütün sehrbazlarını ilahi qüdrətlə ram etdi. Əjdahaya çevrilən əsası (dəyənək) onların bütün sehrlərini uddu. Belə bir vəziyyətdə bütün sehrbazlar səcdəyə qapanaraqaləmlərin Rəbbinə, Musa Harunun Rəbbinə iman etdikdedilər. Firon onların hamısını əl ayaqlarını çarpazvari kəsməklə təhdid etsə onların heç biri öz fikrindən dönmədi. Firon Hz.Musanı misirlilərin dinini dəyişdirəcəyindən əndişələnərək öldürmək istədi. Amma onun ailəsindən iman edənlərdən bir kəs bu işi əngəllədi. Misiri tərk edən Hz.Musanı Firon ordusu təqib etdi. Qırmıı dənizə yetişdikdə Musa əsasını dənizə vurduqda dəniz ikiyə ayrıldı. Hz.Musa qövmü keçdikdən sonra dənizin  yenidən birləşməsi nəticəsində Firon onunla gələnlər boğularaq məhv oldular. Hz.Musa qövmü Sinaya çatdıqda yemək-içmək sıxıntısı başladı. Allah omlara su, qüdrət halvası bildirçin əti ehsan etdi. Uca Allah Hz.Musaya Turi-Sinaya çıxmasını, orada oruclu olaraq otuz gün ibadət etməsini əmr etdi. Hz.Musa bu müddəti tamamladıqdan sonra ona on gün daha oruc tutması ibadətini tamamlaması əmr edildi. Hz.Musa bütün bunlardan sonra Allahın camalını görmək istədi. Uca Allah bunun imkansız olduğunu, dağa baxmasını, təcəlli etdiyi təqdirdə dağ dayana bilərsə, onun da Allahı görəcəyini bildirdi. Hz.Musa dağa baxdıqda Allahın təcəllisi nəticəsində onun yerlə bir olduğunu gördü, bayılıb yıxıldı. Özünə gəldikdə tövbə etdi. Uca Allah Hz.Musaya əməl etmələri zəruri olan bütün qaydaları ehtiva edən lövhələri verdi. Bu lövhələri qövmünə gətirdikdə onların qızılı bir buzova tapındıqlarını görərək verdikləri sözə əməl etmədikləri üçün onlara əsəbləşdi tövbə etmələrini tələb etdi. Onlar tövbə etdilər Allah tövbələrini qəbul etdi.

Hz.Musanın gətirdiyi lövhələrdəki hökmlərinə qarşı şiddətli etiraz olduqda Uca Allah Sina dağını onların başlarına endirməklə təhdid etdi; onlardan namaz qılacaqları, zəkat verəcəkləri peyğəmbərə uyacaqlarına dair söz aldı. Amma İsrail oğulları sıxıntı içərisində olduqları zaman söz verib, sıxıntı bitər-bitməz sözlərini unutdular bunu vərdiş halına gətirdilər. Vəd edilən torpaqlara (Fələstin) qayıda bilmək üçün Hz.Musa oradakılarla mücadilə etməyi İsrail oğullarına söylədikdə onlar, Hz.Harun istisna olmaqla, bundan imtina etdilər. Buna görə Hz.Musa Rəbbinə dua edib özləri ilə fasiqləri fərqləndirməsini dilədi. Allah isə Musaya: “Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar camaatın halına acıma!” buyurdu. Bundan sonra İsrail oğullarının bir qismi həlak oldu, bir qismi isə illərlə sərgərdan gəzib dolaşdılar. Allaha qarşı çıxma, Onun ayəsini inkar etmə, peyğəmbərləri öldürmək, onlara uymamaları üzündən İsrail oğulları qəzəbə düçar oldular.

Tövrat Zəbur. Yəhudilərin müqəddəs kitab külliyyatı Tanah (yazılı dini ədəbiyyat) Talmud (şifahi dini ədəbiyyat) olmaqla ikiyə bölünür. Tanaha xristianlarƏski Əhd” (Əhdi-ətiq) deyirlər. TanahTora” (Tövrat), “Neviim” (peyğəmbərlər) Ketuvim” (kitablar) olmaqla üç bölümdən ibarətdir. “Tanahbu üç bölümün ibranicə baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. Bəzən Tora ilə Tanah eyni anlamda işlədilir. Tanahın ehtiva etdiyi kitabların sayı barəsində təkcə yəhudilərlə xristianlar arasında deyil, xristianların öz arasında da ixtilaf vardır. Yəhudilər protestantlara görə apokrif (qeyri-səhih) sayılan bəzi kitablar katolik ortodokslara görə kanonik (səhih) sayılır. Yəhudilər Tanahı 24 kitab olaraq qəbul edirlər: Tora 5, peyğəmbərlər 8, kitablar isə 11-dir.

Tövrat (Tora). Tövrat sözününqanun, şəriət, əmr, dərs, rəhbərkimi mənaları vardır. Yəhudi müqəddəs kitabının birinci bölümünə ərəbcəTövrat”, ibranicəToradeyilir. Bu ilk bölüm beş kitabdan ibarətdir. Bunları ifadə etmək üçün ibranicəxumaş”, ərəbcəəl-Əsfəru-l-Xəmsə” (sifr: kitab; xəmsə: beş); yunancapentatökos” (penta: beş, teukhos: kitab), qərb dillərində isəpentatöksözləri işlədilmişdir. Beş kitab Allahın Hz.Musaya 7704 kəlmə ilə verdiyi  dini əsasları ehtiva edir.

Müasir alimlərin bəzisi Yeşu kitabını da beş kitaba əlavə edərək hamısını Heksatök (altı kitab) başlığı altında toplayırlar. Onlar indiki Beş Kitabın mətnlərinin üç ana qaynaq, yaxud ənənədən gəldiyi fikrindədirlər: 1.Yahvist; 2.Elohist; 3.Ruhban mətnləri. Tora mətnlərində öncə Tanrının adını Yahvə, daha sonra isə Elohim kimi zikr edən iki müxtəlif qaynaq müəyyənləşdirilmişdir. Yahvist mətnlərin m.ö. 1000-ci illərdə, daha çox teoloji məsələlər üzərində dayanan elohist mətnlərin isə m.ö. 800- illərdə yazıldığı təxmin edilir.

Tora yazılı şifahi olmaqla ikiyə ayrılır. Yəhudilərə görə yazılı Tora Yahvənin Sina dağında Hz.Musaya vəhy etdiyi kitabdır. Şifahi Tora isə yazılı Toranın açıqlanmasına xidmət edir. Yazılı Toraya Hz.Musadan sonra gələn peyğəmbərlərin sözləri əlavə olunmuş beləliklə xristianlarınƏski Əhd”, yəhudilərin isəTanahadlandırıqları müqəddəs kitab təxminən miladdan sonra I yüzildə Yavnədə (Jamnia) toplanan bir məclis tərəfindən son formaya salınmışdır. Quranda İsrail oğullarına verildiyi bildirilən Tövratla yəhudilərin beş kitab kimi qəbul etdikləri Toranın nəzərdə tutulduğu anlaşılır. Yəhudi müqəddəs kitabı Tanahın Toradan başqa Neviim (peyğəmbərlər) Ketuvim (kitablar) bölümləri vardır. Tora 5, Neviim 21, Ketuvim isə 13 kitab olmaqla Tanah 39 kitabdan ibarətdir. Bunlar haqqında qısa məlumat vermək məqsədəuyğun olardı:

1 – Təkvin (ibr. Bereşit: genesis: yaradılış): Bu bölümdə ilk insanın kainatın yaradılışı, Adəmin etdiyi günah, yer üzünə enişi uşaqlarının hekayəsindən bəhs edilir. Tufan hadisəsindən, Hz.Yusifin Misirdəki həyatından İsrail oğullarının Misirə gəlişindən söhbət açılır. 50 babdan ibarətdir.

2 – Çıxış (Şemot, Exodus): İsrail oğullarının Fironun zülmündən cana gəlmələri, Musanın ortaya çıxması Misirdən Sinaya köç etmələrindən danışılır.

3 – Levililər (Vayikra: Leviticus): Kahinlərlə yardımçılarının Çadır Məbədindəki (Mişkan) vəzifələri bəzi önəmli əxlaqi qaydalar şərh olunur. Günahların kəffarəsi, haram edilən yeməklər, yasaq evliliklər, dini ayinlər, bayramlar andlar yer alır. 27 babdır.

4 – Saylar (Bamidbar: Numeri): İsrail oğullarının çöldəki həyatından, bəzi şəriət qanunlarından, qayadan su çıxarılmasından, ölüm ilan vasitəsilə şəfa tapmaqdan bəhs edir. 36 babdır.

5 – Təsniyə (Dvarim: ikiləmə, təkrarlama): Hz.Musanın ölümdən əvvəl din mövzusunda yəhudilərə verdiyi öyüdləri, Musanın ölümünü, gömülməsini tutulan yası əhatə edir. Musa zamanında mövcud olmayan bir sıra adət ənənələrə təmas edilir, bəzi şəriət qanunları təkrar edilir, insanların bir-biri ilə Tanrıya qarşı necə davranmağın zəruriliyi açıqlanır. 34 babdan ibarətdir.

(Ardı var)

 





02.12.2013    çap et  çap et