525.Az

Birinci sinfə elektron qeydiyyat dayandırıldı


 

Birinci sinfə elektron qeydiyyat dayandırıldı<b style="color:red"></b>

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

 





19.03.2020    çap et  çap et