525.Az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayrıldı - Sərəncam


 

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayrıldı - <b style="color:red"> Sərəncam</b>

Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılıb.

 





19.03.2020    çap et  çap et