525.Az

Koronavirusla Mübarizəyə Dəstək Fondu dekabrın 31-dək fəaliyyət göstərəcək


 

Koronavirusla Mübarizəyə Dəstək Fondu dekabrın 31-dək fəaliyyət göstərəcək<b style="color:red"></b>

Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.

APA-nın xəbərinə görə, bu barədə Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydasında bildirilib.

Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.  Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.

Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.

Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

 





19.03.2020    çap et  çap et