525.Az

İlham Əliyev tunisli həmkarını təbrik etdi


 

İlham Əliyev tunisli həmkarını təbrik etdi<b style="color:red"></b>

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Tunis dostluq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram”.

 





19.03.2020    çap et  çap et