525.Az

Rusiya İtaliyaya yardım edəcək


 

Rusiya İtaliyaya yardım edəcək<b style="color:red"></b>

Rusiya Müdafiə Nazirliyi yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə çərçivəsində İtaliyaya yardım göndərəcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 21-də Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş Naziri Cuzeppe Konte arasında telefon danışığı zamanı tərəflər bu barədə razılığa gəliblər.

Bu gün hərbi həkimlər və viroloqlardan ibarət 8 səyyar qrupu, mobil dezinfeksiya sistemlərini və tibbi avadanlıqları daşıyan Rusiyaya məxsus hərbi nəqliyyat təyyarələri İtaliyaya yola düşəcək.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 4 min 825-ə çatıb, son 24 saat ərzində 793 nəfər bu xəstəliyin qurbanı olub. Ümumilikdə ölkədə 53 min 578 nəfər virusa yoluxub.

Rusiyada bu günədək koronavirusa 306 yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb.

 





22.03.2020    çap et  çap et