525.Az

Tomas Bax: “11 min idmançının xəyalı məhv olacaq”


 

Tomas Bax: “11 min idmançının xəyalı məhv olacaq”<b style="color:red"></b>

“Olimpiya Oyunlarını həftəsonu istirahət gününə planlaşdırılan bir futbol matçı kimi ləğv etmək olmaz”.

Apasport.az saytının məlumatına gör, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Bütün dünyanı bürüyə koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsi sual altına düşsə də, qurum başçısı hələ də yarışın baş tutmaq variantına ümid edir. Bax Olimpiadanın ləğvini ədalətsiz sayır: “Təxirəsalma çox ciddi prosesdir. Buna tutarlı əsaslarla yanaşmaq lazımdır. Həftənin 7 günü, sutkanın 24 saatı ərzində müxtəlif ssenariləri nəzərdən keçiririk. Olimpiya Oyunlarının ləğvi 206 milli olimpiya komitəsini və qaçqınlar komandasını təmsil edən 11 min idmançının xəyalını məhv edəcək. Ləğv qərarı bu vəziyyətdə ədalətli qərar olmayacaq”.

Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

 





22.03.2020    çap et  çap et