525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

APA yazmayınca xəbərə inanmayın...

***

Təkrar seçki keçirilən dairələrdə namizədlər lap bol olacaq.

***

Oqtay Əsədov sədr olmaz ta...

***

İndi hər yeni telefonla hər şeyə (hər şeyə-? ) yenidən başlamaq olar?!

***

Günahkarlar sonda əfv və üzr diləyəcəklər.

***

Ən sirli bayram, ən sehirli gün yaşı 40-ı keçmiş qadınların qəfil gəncləşməsi, gözəlləşməsidir.

***

Qarda dikdaban geyinməyin!.. :)

***

Zorla sevgi olmaz ki!..

***

Yeniliklər sürətlə köhnəlir.

***

Sovet vaxtı üstün, elitar gələcək arzulayan gənclərin istəyi kinorejissor olmaq idi.

***

Taksi sürücüləri piyada gəzənlərə birtəhər baxır.

***

Uydurma Tiqran mifi erməni xəstəliyinin beşiyidir.

***

Kitaba ironik, yuxarıdan aşağı baxanlar...

***

Hərənin öz dərdi...

***

Seyran Səxavət gənc yazar Ömər Xəyyama deyir ki, sən məndən neçə əsr böyüksən, yaxşı bilərsən...

***

Münhen oldu Münxen. Akademik Rafael Hüseynovun təklifi ilə. "Münxen" yazın daha...

***

İnanmaq - saflıq, sadəlövhlükdür həm də...

***

Bekarçılıq pis şeydir.

***

İçməyən kişiyə sirr vermərəm.

Fransız filosof deyib.

***

Eyni sinifdə oxuyublar - biri nazirdir, biri "Mütəkkə"də qəlyan sümürür...

**

Kişilərin günü mütləq olmalıdır ki?! Olar də gələcəkdə ...

***

Koronavirus Rusiyaya hansı tərəfdən girəcək?!

***

Hindistanda virus yoxdur?! Tramp nə yaxşı gedib ora?! :)

***

Gənc yazıçı Cavid Zeynallının "Tarix müəlliminin kədəri" hekayəsini "Ədəbiyyat qəzeti"ndə oxudum. Əvvəlcə indi az rast gəlinən su kimi axıcı dilə, oynaq təhkiyəyə heyran oldum. Əsərin qəhrəmanının təzadlı ovqatı məni çuğladı, pul tapıb narahatlıq keçirən kasıb, saf kənd müəlliminin düşüncələrinə inanmaq istəməsəm də, yazıçı peşəkarlığının diktəsilə inanmağa məcbur oldum, gözlənilməz sonluqdan təsirləndim. Cavidə zəng vurub təbrik etdim, fikirlərimi bildirdim, sevincimi bölüşdüm. Ədəbiyyatımıza yetkin bir nasirin gəlişinə neçə il əvvəlki ümidimi əminliyə çevirdiyinə görə gənc dostuma təşəkkürümü bildirdim. Sabahdan hekayə saytlarda olacaq. Siz də oxuyarsınız!..

***

Birini pul, birini pulsuzluq, səni də siyasət apardı.

***

Ən yaxşısı yüz vurmaqdır. İkitərəfli xeyirdir - həm qorxunu götürür, həm virusu qovur. :)

***

17-ci mərtəbədə hinduşka qaqqıltısı eşidilirsə, deməli, kənd hələ də öz hökmünü saxlayır.

***

Bəzi kitablar eqoistlikdən oxunur.

***

Adam edə bilmədiklərimdəndir... :)

***

"Dedi-qodular adətən səhv hərəkətlərin üzərinə yönəlir. Mətbuatın ilk nümayəndələri sayıla biləcək qəbilə sözgəzdirənləri cəmiyyəti məlumatlandırıb insanları yalançılardan və müftəxorlardan qoruyan jurnalistlər kimiydi".

Yuval Harari

***

Bəzən adama elə gəlir ki, keçmiş durub yerində. Haçansa qayıdıb səhvlərini düzəldə bilərsən...

***

Biraz öncə ATV-də "Yadındamı" verilişinə baxdım. Verilişdə sovet dövründə istehsal olunan avtomobillərdən, onların respublikamızda istifadəsindən bəhs olunurdu. Yüksək peşəkarlıq, mövzunun hərtərəfli araşdırılması, böyük zəhmət və istedad, həm də keçmişə kövrək hüzn və dərin sevgiylə dolu münasibət aydın görünürdü. Verilişin adından tutmuş seçilən musiqilərədək orijinal idi. Maraqlandım. Bir ilə yaxındır, efirdədir. Yaxın tarixdə yaşanılan, nostalji yaradan mövzulara - Bakı bulvarına, Azərbaycan cazına, "Qaya" qrupuna və s. həsr edilmiş buraxılışları olub. Gec rast gəldiyimə təəssüfləndim. TV-də belə səviyyəli araşdırmaların, maraqlı verilişlərin olmasından doğan nikbinlik məndə xoş ovqat yaratdı. Aparıcı Mirsəməd Cəfərlini və zəhməti olan bütün yaradıcı heyəti təbrik edirəm...

***

Sovet vaxtı biz imperiyanın tərkibindəydik?! Amma o vaxt yeganə televiziyamızda kiminsə Azərbaycan dilində etdiyi çıxışda bir dənə də rus dilində söz işlənməsinə icazə verilməzdi.

***

Gün gələcək, hamı evdə oturacaq.

(Qədim risalədən)  :)

***

Qol götürüb bir dəfə oynamaq bəs edər məşhur olmağa... :)

***

Maşınlar seyrəlib, tıxaclar azalıb, səs-küy səngiyib. Hava mülayimləşib. Siz də sakitləşin!.. :)

***

Öpüşməkdən qorxmayanlar, adamın üstünə alıcı quş kimi şığıyanlar igidlər və cəsurlardır :)

***

Sizin hava proqnozunuza həmişə baxıram. Düz çıxmasa da, maraqla diqqət kəsilirəm...

***

Maska taxanlar adama yuxarıdan aşağı baxır.  :)

***

Necə edəsən ki, heç bir QADIN inciməsin, heç kimi unutmayasan?!

Bütün gözləyənləri, umanları, hətta gözləməyənləri də xatırlayır və təbrik edirəm!

Bayramın mübarək, QADIN!

***

Bir gənc dostum mənə ağız açdı, təzə tanıdığı xanımı təbrik üçün orijinal mətn rica etdi. Belə bir şey yazdım. Sizcə, necədir?

"Çoxlu üstün keyfiyyətləriniz var - gözəlsiz, cazibədarsız, həssassız, təmkinlisiz, zəhmətkeşsiz, əzmkarsız, fədakarsız, istedadlısız... Hamısı daha da artsın!

Arada üzərrik yandırın!

Sizi tanıdığıma şadam!"

***

Polisin gözündəki kədər və ya "Şərini məndən uzaq elə!" 

Polisin psixoloji hazırlığı olduqca vacib keyfiyyətdir.

Bu günlərdə bir qrup gənc feministin keçirdiyi aksiyada bəzi polislərin davranışları - hədsiz səbir və təmkin göstərmələri diqqət çəkdi. Yayılan video və fotoşəkillərdə aksiya iştirakçısının hədsiz aqressivliyinə, qəzəbli çıxışına qarşı bir nəfər polisin sakitcə dayanıb onu böyük səbirlə dinləməsi, başqa bir polisin isə əllərini yuxarı qaldırararaq heç bir bəhanə üçün yer saxlamaması kadrları xüsusi maraq doğurdu.

Aqressiv aksiya iştirakçısının hiddətli çıxış və şüarlarına təmkinlə yanaşmağa məcbur qalan polisin həmin məqamda gözlərinin dibindəki məyusluq və kədər dolu ifadədən nələr keçirdiyi aydınca hiss olunurdu. Əllərini yuxarı qaldıran digər polisin hərəkəti isə sanki "Sən Allah, şərini məndən uzaq elə" deyirdi... :)

***

Paylaşmaq, bölüşmək gözəl keyfiyyətdir

***

1982-1991-ci illərdə BMT-nin baş katibi olmuş Havyer Peres de Kuelyar 100 yaşında vəfat edib.

Biz gəncliyimizdə bu adı tez-tez eşidir, əzbər bilirdik. BMT-yə də möhtəşəm bir təşkilat kimi baxırdıq.

Vəfatıyla özünü və keçmiş epoxanı yada saldı...

***

Səni sellər çoxdan aparıb.

***

Qorxmayın, Sizə heç nə olmaz koronavirusdan...

***

Oxumaq istəyən şagird evdə də oxuyar, təkcə də öyrənər...

***

Milli Məclisin yeni rəhbərliyini, o cümlədən, komitə sədrlərini təbrik edir, uğurlar arzulayıram. Gözlənilməz, yeni və xoş seçimlər rəğbət doğurdu.

Xalqımız, dövlətimiz üçün xeyirli olsun!..

***

Ən rahatı elə uzaqdan əl yelləməkdir...

***

"Oxumasan, əl çəkmərəm!.."

Təhsil Nazirliyinin "Mədəniyyət" kanalında efirə gedən "Dərs vaxtı" teledərslər layihəsi uğurlu tapıntıdır. Təşəbbüsü ələ almaq, şəraitə uyğun çıxış yolu tapmaq baxımından təqdirəlayiqdir. Koronavirusa görə məktəblərdə tədrisin müvəqqəti dayandırılmasını əldə bayraq edib "uşaqlar təhsilsiz qaldı" deyə hay-küy salan bəzi şəxslərin süni qalmaqal yaratmaq bəhanəsinə qarşı yaxşı cavab, etibarlı sipərdir.

Böyük Sabirin məşhur misrasını bugünə, bu layihənin məğzinə uyğunlaşdırsaq, yəqin belə alınar:

"Oxumasan, əl çəkmərəm!.." :)

P.S. Teledərslər həm də müəllimlərdə məsuliyyət və rəqabət hissini artıracaq.

***

Bu səkilərə belə təmtəraqlı hasar çəkməyə ehtiyac yox idi: əvvəlkilər yaxşıydı də, durmuşdu yerində.

***

50-ni keçəndən sonra həyat yoldaşının ad günü bayrama çevrilir. :)

***

Aydın fikri, konkret mövqeyi olmayanda, yaxud niyyətini pərdələməyə çalışanda adam qəliz, anlaşılmaz, terminlərlə danışmağa başlayır.

***

Xoruz banının həsrətini çəkmək...

***

Bir az ayıq düşüncəli insanlara aydındır ki, bu koronavirus məsələsi siyasi prosesdir - virusun yaradıcıları eksperiment aparır, dünyanın barmaqlarında necə fırlanmasını müşahidə edib, qərarlar çıxarır, gələcəyi proqnozlaşdırırlar.

Müqavimət mənasızdır - tabe olmaq və barışmaq lazımdır...

***

Bir məsələnin mahiyyəti barədə dərin düşüncələrə dalıb baş sındıranda, məlum olur ki, əslində, ağıla gəlməyən, çox sadə, primitiv səbəbi varmış...

***

Kitaba qayıtmaq fürsəti. Maska söz vermirəm, amma arzulayanlara korona dövrünü keçmək üçün kitab hədiyyə edə bilərəm...

***

Koronavirusun unutdurduqları...

***

Hava qızan kimi (artıq qızır) virus yoxa çıxacaq, neft də qalxacaq. Çox da şey eləmiyin.

Novruzunuz mübarək!

 





22.03.2020    çap et  çap et