525.Az

Bakıdakı dünya çempionatı təxirə salındı


 

Bakıdakı dünya çempionatı təxirə salındı<b style="color:red"></b>

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.

 

 





23.03.2020    çap et  çap et