525.Az

Türkiyəli rejissor Xocalı soyqırımına aid film çəkəcək


 

Türkiyəli rejissor Xocalı soyqırımına aid film çəkəcək<b style="color:red"></b>

Türkiyənin Sənayeçi İş Adamları və İş Qadınları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş film çəkiləcək.

Bu haqda SANKON-ın direktor müavini, rejissor Murat Uygur məlumat verib.

Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən sivil Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə bu il, 2020-ci ildə film çəkmək haqqında qərar verilib. O, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib.

Murat Uygur, eyni zamanda, filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib. 

Qeyd edək ki, film Türkiyə və Azərbaycan dövlətinin səlahiyyətlilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.

 





23.03.2020    çap et  çap et