525.Az

Üçüncü "Animafilm" Festivalında uşaqlardan ibarət münsif heyəti olacaq


 

Üçüncü "Animafilm" Festivalında uşaqlardan ibarət münsif heyəti  olacaq<b style="color:red"></b>

Oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində Üçüncü "Animafilm" Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Festivalın təşkilatçıları builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edib. Belə ki, "Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi" və "Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi" müsabiqəsinin qaliblərini 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Festival Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzi və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.

 





23.03.2020    çap et  çap et