525.Az

Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi oldu


 

Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi oldu<b style="color:red"></b>

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testindən keçib və nəticələri mənfi oldu.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə açıqlayıb.

“Bəli, onun vəziyyəti əladır, nəticələr neqativdir”, - deyə Tramp jurnalistlərin onun xanımının koronavirus testindən keçib-keçməməsi ilə bağlı sualının cavabında bildirib.''

Trampın özü isə 14 martda yoxlamadan keçib və nəticələrin mənfi olduğu qeyd edilib.

 

 





24.03.2020    çap et  çap et