525.Az

Avstraliyada çempionat dayandırıldı


 

Avstraliyada çempionat dayandırıldı<b style="color:red"></b>

Futbol üzrə Avstraliya çempionatı dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Davam etdirilən azsaylı çempionatlardan biri olan “Yaşıl qitə”nin futbol liqası qeyri-müəyyən müddətə saxlanılıb. Avstraliya Futbol Federasiyası bu barədə qərarı yekdilliklə qəbul edib. Koronavirusla bağlı vəziyyəti izləyən qurum aprelin 22-də durumu yenidən qiymətləndirərək növbəti qərarını verəcəyini açıqlayıb.


Qeyd edək ki, hazırda Avstraliya çempionatında 51 xala malik “Sidney” liderdir.

 

 





24.03.2020    çap et  çap et