525.Az

Çin Hubeydə karantini ləğv edəcək


 

Çin Hubeydə karantini ləğv edəcək<b style="color:red"></b>

Çin hakimiyyəti martın 25-də Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini aradan qaldıracaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əyalətin inzibati mərkəzi sayılan Uhanda isə məhdudiyyətlər aprelin 8-də aradan qaldırılacaq.

Bu qərar bölgədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması fonunda verilib.

Qeyd edək ki, Uhan və Hubey əyalətində karantin cari ilin yanvarın 23-dən qüvvədə idi.

 

 





24.03.2020    çap et  çap et