525.Az

Gürcüstan XİN Azərbaycana təşəkkür etdi


 

Gürcüstan XİN Azərbaycana təşəkkür etdi<b style="color:red"></b>

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.

"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini  qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.

 

 





24.03.2020    çap et  çap et