525.Az

Rusiya G-20-nin təcili sammitinə dəvət aldı


 

Rusiya G-20-nin təcili sammitinə dəvət aldı<b style="color:red"></b>

Rusiya "Böyük 20"lərin (G-20) koronovirusla bağlı təcili sammitinə dəvət alıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, G-20-nin koronovirusla bağlı sammiti martın 26-da video-konfrans formatında keçiriləcək: "Kreml bu sammitə dəvət alıb. Buna hazırlıq gedir".

Qeyd edək ki, G-20-nin dünyada koronavirusun yayılması ilə bağlı vəziyyətə həsr olunan sammitinin keçiriləcəyi ilə bağlı ilk xəbəri Yaponiyanın "Kyodo" informasiya agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən yayıb.

 





24.03.2020    çap et  çap et