525.Az

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salındı - Rəsmi


 

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salındı -<b style="color:red"> Rəsmi</b>

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.

Qurum yarışın təşkilatçıları ilə müzakirələrdən sonra belə addımın zəruri olması qənaətinə gəlib. Müzakirələr zamanı koronavirus pandemiyasının bütün dünyada yayılması üzündən Olimpiadanın təşkilinin mümkünsüzlüyü nəzərə alınıb. Oyunlar bir il sonra – 2021-ci ilə qədər təxirə salınıb.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

 





24.03.2020    çap et  çap et