525.Az

Prezident yunan həmkarını Müstəqillik Günü münasibətilə təbrik etdi


 

Prezident yunan həmkarını Müstəqillik Günü münasibətilə təbrik etdi<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".

 





24.03.2020    çap et  çap et