525.Az

Gürcüstanda koronavirusla mübarizəyə 1,5 milyon ABŞ dolları toplandı


 

Gürcüstanda koronavirusla mübarizəyə 1,5 milyon ABŞ dolları toplandı<b style="color:red"></b>

Gürcüstanda hazırda koronavirusla mübarizə fondunda 5 milyon lari məbləğində (1,5 milyon ABŞ dollarından çox) vəsait toplanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin biznes ombudsmanı Mixeil Dauşvili bildirib.

O deyib ki, biznes, dövlət və cəmiyyətin həmrəyliyi olduqca vacibdir: “Çox şadıq ki, vətəndaşlarımız və biznesin məsuliyyətli nümayəndələri bu çağırışla effektiv mübarizə üçün dövlətlə yaxşı əməkdaşlıq edirlər”.

Biznes ombudsmanın sözlərinə görə, “StopCov” fondunda yığılan bütün vəsaitlər Gürcüstan qanunvericiliyinə uyğun olaraq xərclənəcək.

M.Dauşvili məbləğin həm köçürülməsi, həm də sərf olunmasında şəffaflığın təmin olunacağını deyib.

O qeyd edib ki, fondun vasitəsilə sosial cəhətdən həssas qrupların dəstəklənməsi prioritet olacaq.

 





24.03.2020    çap et  çap et