525.Az

Çövkən oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb


 

Çövkən oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb<b style="color:red"></b>

Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.

APA-nın xəbərinə görə, qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub.
 
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: “Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək”.

 





03.12.2013    çap et  çap et