525.Az

Almaniya Bundesliqasında təxirə salınma uzadıldı


 

Almaniya Bundesliqasında təxirə salınma uzadıldı<b style="color:red"></b>

Almaniya Bundesliqası və 2-ci Bundesliqasında koronavirus pandemiyası ilə bağlı təxirə salınma daha 28 gün müddətinə uzadılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar Almaniya Futbol Liqası (DFL) ilə Bundesliqa və 2-ci Bundesliqa təmsilçiləri ilə görüşü zamanı qəbul edilib.

Qərara alınıb ki, çempionat aprelin 30-dək bərpa olunmasın. Öncə yarış aprelin 2-dək dayandırılmış, müddətin uzadılmaması istisna edilməmişdi.

Qeyd edək ki, UEFA milli çempionatların iyunun 30-dək başa vurmağı tövsiyə edib. Əgər Almaniyada bunu etmək mümkün olmasa, DFL digər variantlar axtaracaq.

 





24.03.2020    çap et  çap et