525.Az

Gürcüstana neft məhsullarının idxalı gecikmir


 

Gürcüstana neft məhsullarının idxalı gecikmir<b style="color:red"></b>

“Gürcüstana neft məhsullarının idxalında heç bir yubanma yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Biznes Assosiasiyasının Neft, neft məhsulları və qaz üzrə komitəsinin rəhbəri Şavleq Mişveladze bildirib.

Onun sözlərinə görə, idxalla yanaşı neft məhsullarının daxili daşınması və yanacaq doldurma məntəqələrinə çatdırılmasında da gecikmələr müşahidə olunmur.

Ş.Mişveladze qeyd edib ki, iri neft şirkətləri koronavirusun yayılmasının qarşısının alınması üzrə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının tövsiyələrinə tam əməl edirlər.

 





24.03.2020    çap et  çap et