525.Az

Londonda sərgi mərkəzində 4 min çarpayılıq xəstəxana açılacaq


 

Londonda sərgi mərkəzində 4 min çarpayılıq xəstəxana açılacaq<b style="color:red"></b>

Londonun şərqində yerləşən “ExCeL” sərgi mərkəzində koronavirusa yoluxanların müalicəsi üçün 4 min çarpayılıq xəstəxana açılacaq.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mett Henkok brifinqdə deyib.

O bildirib ki, xəstəxana müvəqqəti olaraq sərgi mərkəzində fəaliyyət göstərcək: “Xəstəxanada hər birində 2 min çarpayılıq iki şöbə olacaq. Hərbçilər xəstəxananı lazımi avadanlıqlarla təchiz etməyə kömək edəcək”.

Nazir həmçinin əlavə edib ki, hökumət koronavirusla mübarizəyə 250 min könüllü cəlb etmək niyyətindədir: “Eyni zamanda xəstəxanalarda həkimlərin və tibbi personalın sayını artırmaq məqsədilə tibb məktəblərinin son kurs tələbələrinin köməyindən istifadə olunacaq”.

 





25.03.2020    çap et  çap et