525.Az

Ağ Ev və Senat iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə etdilər


 

Ağ Ev və Senat iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə etdilər<b style="color:red"></b>

Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatını mənfi təsirini minimuma endirmək üçün 2 trilyon dollarlıq iqtisadiyyatı stimullaşdırma paketi barədə razılıq əldə ediblər.

APA-nın "Washington Times"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Hüquqi məsələlər üzrə departament direktoru Erik Ueland jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, koronavirusla əlaqədar iqtisadi yardım paketinin ən qısa müddətdə qəbul olunması üçün Tramp administrasiyasına son günlər təzyiqlər artıb. Bildirilir ki, Ağ Ev administrasiyası xəstəxanalar üçün maliyyələşdirmə, işsizlik sığortası, böyük müəssisələrə ediləcək maddi yardıma nəzarət məsələlərində Demokratlara güzəştə gedib.

 





25.03.2020    çap et  çap et