Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargahdan APA-ya verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.