525.Az

Rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytardı


 

Rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytardı<b style="color:red"></b>

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman  ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişinlərə geri qaytarılır.

APA-nın məlumatına görə, bu barədə BBAK-in mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 1715 sərnişin artıq biletini geri qaytarıb: "Digər sərnişinlər də  29,30, 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər". 

Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən  sərnişinlər gedişdən imtina etdiyi  zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə  ödənilən məbləği nağd şəkildə ala bilər.

 





25.03.2020    çap et  çap et