525.Az

Gürcüstanda koronavirusa yoluxanların sayı 75-ə çatıb


 

Gürcüstanda koronavirusa yoluxanların sayı 75-ə çatıb<b style="color:red"></b>

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 75 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4055, stasionar müalicədə isə 252 nəfər var. Virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

 





25.03.2020    çap et  çap et