525.Az

Merkelin ikinci koronavirus testi də mənfi nəticə verdi


 

Merkelin ikinci koronavirus testi də mənfi nəticə verdi<b style="color:red"></b>

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

APA xəbər verir ki, bu barədə yerli “N-TV” telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

“Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək”, - deyə məlumatda qeyd olunub.

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.

 





26.03.2020    çap et  çap et