525.Az

Qafqaz Universiteti İzmir Ali Texniki İnstitutuyla əməkdaşlıq memorandumu imzalayıb (Foto)


 

Qafqaz Universiteti İzmir Ali Texniki İnstitutuyla əməkdaşlıq memorandumu imzalayıb<b style="color:red"> (Foto)</b> Son illərdə kompyuter mühəndisliyi ixtisasları ilə yanaşı mexanika və kimya mühəndisliyi ixtisası üzrə də kadr hazırlayan Qafqaz Universiteti İzmir Ali Texniki İnstitutu ilə bu sahədə əməkdaşlıq edəcək.
 
Həmin institutunun rektoru professor Mustafa Güdən, prorektor professor Sedat Akkurt və həmyerlimiz 12 il orada elmi fəalyyət göstərmiş prof. Rasim Əlizadə Qafqaz universitetində olub. Nümayəndə heyətini qarşılayan prof. Ahmet Saniç  Qafqaz universitetinin elmi potensialından, planlarından iki qardaş ölkə arasında əlaqələrin inkişafında elmi əməkdaşlığın rolundan və universitetlər arasında mühəndislik sahəsində imzalanan əməkdaşlıq protokolunun rəhbərlik etdiyi universitetin inkişafındakı rolundan danışıb.
İzmir Ali Texniki institutunun rektoru professor Mustafa Güdən Qafqaz universitetinin bu coğrafiyada az müdətdə mühüm elmi nəaliyyət  qazandığını, xüsusən ingilis dilində tədrisin böyük uğur olduğunu diqqətə çatdırıb.

Professor Mustafa Güdən Azərbaycanda ilk dəfə Qafqaz universitetində yaradılmış texnoparkın inkişafına  lazımi dəstək verməyə hazır olduqlarını, bakalavr məzunlarını magistr və doktoranturaya qəbul edə biləcəklərini qeyd edib. İzmir Ali Texniki institutunun prorektoru Sedat Akkurt bildirib ki, "Azərbaycana ilk dəfə gəlirəm Buradakı inkişafı həmişə eşidirdim. Amma indi  ölkədə gedən inkişafı və Xəzər dənizini canlı gördüm. İnanıramki universitetlərimizin əməkdaşlığı bu inkişafa dəstək olacaq".

Tədbirin sonunda İzmir Ali Texniki institutunun rektoru professor Mustafa Güdənə Qafqaz universitetinin tələbələrinin çəkdikləri "Qız Qalası" rəsmİ edilib
 





04.12.2013    çap et  çap et