525.Az

Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı


 

Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı<b style="color:red"></b>

“Bu günə Azərbaycan üzrə 10 mindən artıq ahıl şəxs qeydiyyata alınaraq onlara sosial xidmət göstərilir. Onlardan 1 600-ü Bakı şəhərində, 8 500-ü isə ölkənin digər regionlarında məskunlaşan tənha şəxslərdir”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu istiqamətə 1 400 sosial xidmətçi cəlb olunub: “Sosial xidmətçilər də ahıllarımızın sayına uyğun olaraq 200-ü Bakıda, təqribən 1 200-ü isə regionlarda bu işlərə cəlb edilib”.

 





26.03.2020    çap et  çap et