525.Az

Fransada koronavirus qurbanlarının sayı 1696 nəfərə çatdı


 

Fransada koronavirus qurbanlarının sayı 1696 nəfərə çatdı<b style="color:red"></b>

Fransada 16 yaşlı gənc koronavirusun qurbanı olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Parisətrafı regionda baş verib. O, ölkədə koronavirusdan ölən ilk gəncdir.

Ölkədə son sutka ərzində koronavirusdan 365 nəfər vəfat edib. Beləliklə, bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 696 nəfərə çatıb. Epidemiyanın yayıldığı gündən indiyədək virusa yoluxanların ümumi sayı 29 155 nəfərə çatıb. Hazırda 13 904 nəfər xəstəxanalardadır, onların 3 375-i ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Fransada bu günə qədər 4 948 xəstə sağalaraq evə buraxılıb.

 





26.03.2020    çap et  çap et