525.Az

Rusiya Prezident Administrasiyasının əməkdaşı koronavirusa yoluxdu


 

Rusiya Prezident Administrasiyasının əməkdaşı koronavirusa yoluxdu <b style="color:red"></b>

Rusiya Prezident Administrasiyasında koronavirusa yoluxma qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiq edərək bildirib ki, koronavirus aşkarlanmış əməkdaş Prezident Vladimir Putinlə kontaktda olmayıb. 

D. Peskov Prezident Administrasiyasında zəruri sanitar-epidemioloji tədbirlərin görüldüyünü də deyib.

Qeyd edək ki, RBK Rusiya Federasiya Prezident Administrasiyası və Prezidentin İşlər İdarəsində koronavirusa yoluxma qeydə alındığı barədə məlumat yayıb.

Lakin İşlər İdarəsinin mətbuat katibi Yelena Krılova məsələyə münasibət bildirmək istəməyib, bunu şəxsi xarakterli məlumatların yayılmasının doğru olmaması ilə əlaqələndirib.

 





27.03.2020    çap et  çap et