525.Az

ABŞ: "Rusiya əxlaqi cəhətdən çöküb"


 

ABŞ: "Rusiya əxlaqi cəhətdən çöküb"<b style="color:red"></b>

“Rusiyanın bu günki siyasəti hüquqi olaraq qanuni görünsə də əxlaqi cəhətdən çöküb". Bu fikri ABŞ-ın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Viktoriya Nurland jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Viktoriya Nurland Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə yerə endirilən Suriya təyyarəsi ilə əlaqədar şərhinə münasibət bildirərək Rusiyanın Suriya siyasətini bəyənmədiklərini açıqlayıb: "Biz bu təyyarənin hərbi avadanlıqla dolu təyyarə olmasına şübhə etmirik”.

Lavrovun "O təyyarədə daşınılan hər şey qanunun tələblərinə cavab verir” fikrinə Nurland münasibətini belə açıqlayıb: “BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Suriyaya sanksiyalar tətbiq edə bilmir. Bunun əsas səbəbkarı Rusiya və Çindir. Bu dövlətlər bizim qərarlarımızı qəbul etmək istəmir. Rusiyanın bu günki siyasəti hüquqi olaraq qanuni görünsə də əxlaqi cəhətdən çöküb ".

Jurnalistlərin suallarını cavablandıran mətbuat katibi heç bir ölkənin Əsəd rejiminə dəstək vermək haqqına malik olmadığını vurğulayıb.

Nigar Məhərrəm

 





13.10.2012    çap et  çap et