525.Az

Müəllimlərin XIV qurultayının tarixi dəqiqləşdirilib


 

Müəllimlərin XIV qurultayının tarixi dəqiqləşdirilib<b style="color:red"></b> Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilmə tarixi dəqiqləşdirilib.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bu gün jurnalistlərə bildirib ki, bu il Azərbaycan müəllimlərinin XIV qurultayı dekabrın 14-də keçiriləcək.

Müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir. Qurultayda əsas olaraq "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.
 





04.12.2013    çap et  çap et