525.Az

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı


 

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı<b style="color:red"></b>

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha bir pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

O deyib ki, bununla da koronavirusdan sağalanların sayı 14-ə çatıb.

Tibbi direktor qeyd edib ki, həmin şəxs artıq klinikanı tərk edib və iki həftə ərzində təcriddə qalacaq.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 81 yoluxma halı təsdiqlənib. Hazırda karantində 4 505, stasionar nəzarətdə isə 247 nəfər saxlanılır. Aktiv COVID – 19 infeksiyası daşıyıcılarının sayı 67 nəfər təşkil edir.

 





27.03.2020    çap et  çap et