525.Az

Gürcüstan Çin şirkəti ilə imzaladığı müqaviləni ləğv etdi


 

Gürcüstan Çin şirkəti ilə imzaladığı müqaviləni ləğv etdi<b style="color:red"></b>

Gürcüstan sürətli koronavirus testlərinin idxalı ilə bağlı Çin şirkəti ilə imzaladığı müqaviləni ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müqavilənin ləğvinin səbəbi istifadə edilən testlərdə qüsur aşkarlanmasıdır.

Qeyd olunur ki, bir müddət əvvəl Çin hökuməti tərəfindən koronavirusun sürətli aşkarlanması ilə əlaqədar Gürcüstana hədiyyə edilən 1000 ədəd «BioEasy» testlərində qüsur və çatışmazlıqlar aşkarlanıb. Bu səbəbdən bəzi Avropa ölkələri, eləcə də Gürcüstan imzalanmış müqaviləni ləğv edib.

 





27.03.2020    çap et  çap et