525.Az

“Könüllü DOST”lardan yaşlılara dəstək


 

“Könüllü DOST”lardan yaşlılara dəstək<b style="color:red"></b> “Könüllü DOST”lar indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərməkdədirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nnazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatına görə, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin olunması işlərində onlar nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər.

DOST Agentliyinin könüllüləri tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. köməklik göstərirlər.










 





28.03.2020    çap et  çap et