525.Az

“Böyüklərimizə qayğı ilə!” - Videoçarx


 

“Böyüklərimizə qayğı ilə!” - <b style="color:red"> Videoçarx</b> Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün ehtiyac duyduqları sosial məişət xidmətləri ilə elə evlərindəcə təmin olunurlar.

Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin, könüllülərin dəstəyindən faydalana bilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nnazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatına görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri köməkliklər göstərilir.

Hazırda tənha yaşayan 10 mindən çox yaşlı insanımız bu dəstəklə əhatə olunub. Bu mövzuda Nazirliyin hazırladığı “Böyüklərimizə qayğı ilə!” adlı videoçarxı təqdim edirik:


 





28.03.2020    çap et  çap et