525.Az

"525-ci qəzet"in yazarı Moskvada


 

"525-ci qəzet"in yazarı Moskvada<b style="color:red"></b>

Bu günlərdə "525-ci qəzet"in yazarı Pərvin Moskvada, Peredelkinoda  keçirilən xaricdə yaşayan Yazıçılar Forumuna qatılıb. Qeyd edək ki, forum noyabrın 21-24 tarixlərində Yazıçılar Evində baş tutub. Seminarda dünyanın müxtəlif yerlərindən, Avstriya, Amerika, Almaniya, Fransa, Polşa, Meksika başqa ölkələrdən rusdilli yazıçılar iştirak edib. Açılış mərasimində gənc yazıçı Pərvinin Azərbaycanda çağdaş ədəbi mühit tərcümələrin səviyyəsi mövzusunda çıxışı maraqla qarşılanıb. Daha sonra müxtəlif sahələr - proza, poeziya, tərcümə, rus dili üzrə seminarlar təşkil olunub. Proza seminarı yazıçı, tarix elmlər doktoru, Rusiya Yazıçılar Birliyinin katibi, Yazıçılar Birlikləri Beynəlxalq İttifaqının şöbə müdiri Valeri İvanov-Taqanskinin rəhbərliyi ilə keçirilib. Seminarda Pərvin Azərbaycanda rusdilli ədəbiyyat mövzusunda məruzə edib.

  Hələ ötən il Moskvada keçirilən seminarlarda iştirak edən gənc yazarın "Balerina" povesti rus dilində almanaxda işıq üzü görmüşdür. Seminar çərçivəsində həmin almanaxın təqdimat mərasimi keçirilib. Bolqariyada yaşayan rusdilli şairə Nataliya Yermenkova "Balerina" povesti ümumiyyətlə Pərvin hekayələri haqda geniş çıxış edərək fikirlərini mərasim iştirakçıları ilə bölüşüb.

Seminarın yekununda növbəti almanaxa daxil ediləcək əsərlərin müzakirəsi keçirilib Pərvinin "Çarəsiz yalan" hekayəsi çap olunmaq üçün seçilib. 

XƏYALƏ

 





04.12.2013    çap et  çap et