525.Az

Ağcabədidə ahıl və tənha insanlara sosial xidmət - Fotolar


 

Ağcabədidə ahıl və tənha insanlara sosial xidmət - <b style="color:red">Fotolar</b>

Ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunda ahıl və tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları tənha və ahıl sakinlərə baş çəkərək onlara ərzaq, həmçinin maska, spirt, əlcək və digər dizinfeksiyaedicilərdən ibarət bağlama təqdim edirlər. Yaşlı insanlara maarifləndirici söhbət aparılır, sağlamlıqlarının qorunması üçün evdə qalmaları, gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə edilir.

Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən də yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır.

Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbas Ağcabədi rayonunda sakinlərin evlərinə baş çəkərək onların həyat şəraiti və qayğıları ilə maraqlanıblar. Sakinlərə ərzaq və müxtəlif tibbi-gigiyenik vasitələr verilib.

Sakinlər görülən tədbirlərə, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 





28.03.2020    çap et  çap et